Mina partlayışı nəticəsində həlak olanlar bir ailənin üzvləridirlərbackend

Mina partlayışı nəticəsində həlak olanlar bir ailənin üzvləridirlər

Füzuli rayonunun Aşağı Seyidəhməli kəndində minaya düşən 4 nəfərdən 3-nün bir ailənin üzvü olduğu məlum olub.

KONKRET.az  xəbər verir ki, həlak olanlar Hacıyev Şakir və Hacıyev Firudin qardaşdır. Həlak olan Adilzadə Zibeydə isə Ş.Hacıyevin qızıdır. Şakir Hacıyev sabiq məmur olub. O, Füzuli Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Əslən Füzuli rayonundan olan sabiq şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Həyat yoldaşı illər öncə vəfat edən Ş.Hacıyevin 4 qız övladı var.

Xatırladaq ki, bu gün saat 15:20-də “Toyota” markalı avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində 4 dinc sakin dünyasını dəyişib.

  • Çingiz Rzayev
    Noyabr 28, 2020 - 19:29

    Bu terrorist ermənilərdən hər şey gözləmək olar. Qarabağda hər yer minalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*