Ana övladlarına özbaşına iynə vurdu – Uşaqların halı pisləşdibackend

Ana övladlarına özbaşına iynə vurdu - Uşaqların halı pisləşdi

Mingəçevirdə ananın 2 və 3 yaşlı uşaqlarına iynə vurması nəticəsində uşaqların halı daha da pisləşib.

KONKRET.az-ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin Sağ Sahil yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, nənəsinin evində halı pisləşən 2 yaşlı İslamzadə Nuray Rəhman qızı və 3 yaşlı qardaşı İslamzadə Fərrux Rəhman oğluna anaları özbaşına iynə vurub. Halları pisləşərək ölümcül vəziyyətə düşən uşaqlar təcili xəstəxanaya çatdırılıb.

Tibb işçilərinin çevik müdaxiləsi nəticəsində 3 yaşlı oğlanın durumu tam stabilləşib, 2 yaşlı Nuray isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*