Minimum əməkhaqqı çox aşağıdır — İnflyasiya qazancı “yeyir”backend

Minimum əməkhaqqı çox aşağıdır — İnflyasiya qazancı "yeyir"

Azərbaycanda minimum əməkhaqqının ailələrin əsas ehtiyaclarını qarşılamaq üçün kifayət edib-etməməsi müzakirə olunan məsələlərdəndir. Ailə üzvlərinin sayı artdıqca ərzaq, kommunal xidmətlər və digər gündəlik xərclərin ailə büdcəsinə yükü də artır.

Bəs bir ailənin yalnız minimum əməkhaqqı hesabına dolanması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, burada əsas amillərdən biri ailə üzvlərinin sayıdır.

Natiq Cəfərli başladı: 150 imza toplayıb Yeni Sabah

Onun sözlərinə görə, dörd nəfərlik ailənin yalnız minimum əməkhaqqı hesabına bütün zəruri xərclərini qarşılaması real deyil:

“Kommunal xərclər, ərzaq qiymətləri və digər gündəlik tələbatlar üçün tələb olunan vəsait kifayət etmir. Belə gəlirlə ailənin bütün zəruri xərclərini qarşılamaq çətindir”.

İqtisadçı qeyd edib ki, gəliri ailənin minimum ehtiyaclarını ödəməyə kifayət etməyən vətəndaşlar mövcud sosial müdafiə mexanizmlərindən yararlanmaq üçün aidiyyəti qurumlara müraciət edə bilərlər.

Natiq Cəfərli vurğulayıb ki, xüsusilə dörd nəfərlik ailənin yalnız 400 manat gəlirlə ərzaq, kommunal xidmətlər və digər zəruri xərclərini qarşılaması mümkün görünmür.

Beləliklə, ailənin yaşayış imkanlarını yalnız minimum əməkhaqqının məbləği deyil, həm də ailə üzvlərinin sayı, gündəlik istehlak xərcləri və digər zəruri ödənişlər müəyyənləşdirir. Bu baxımdan minimum əməkhaqqının real yaşayış xərclərinə uyğunluğu məsələsi sosial rifah baxımından xüsusi əhəmiyyət daşıyır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*