backend

Minsk Qrupu formatı bir az dəyişdirilə bilər - Rusiya prezidenti

Dəyişmək lazımdırmı, bilmirəm, bəlkə də format bir az dəyişdirilə bilər.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qarabağ probleminin həlli ilə bağlı Minsk Qrupunun formatını dəyişdirməyin lazım olub-olmadığı sualına cavab verərkən deyib.

“Təəssüf ki, mənim sizin sualınıza cavabım yoxdur. Bir neçə obyektiv səbəbdən – Rusiyanın rolunu vurğulamaq istədiyim üçün deyil: hamımız Rusiyanın yaxın olduğunu, bunların qonşularımız olduğunu, bu ölkələrlə, bu xalqlarla xüsusi münasibətlərimiz olduğunu başa düşürük. Təsir çox güclüdür. Rusiya Qarabağdakı tənzimləmə üçün xüsusi bir məsuliyyət hiss edir. Amma ABŞ və Fransanın, eyni zamanda Minsk Qrupunun digər üzvləri, həmçinin Türkiyənin də dəstəyinə ehtiyac var. Bu barədə bir şey dəyişdirməyin lazım olub-olmadığını bilmirəm, bəlkə də format bir az dəyişə bilər”, – Putin bildirib.

  • Nizami Şəmsi (Bayramov )
    Oktyabr 23, 2020 - 10:08

    Minsk qrupu öz işində ibdiyəcən heç bir ədaıətli vasitəçi addım atmayıb , əksinə , əvəzindən hər bir həmsədr ölkələr işğalçı Ermənistana təəssübkeşlik göstərmiş , hər biri bacardıqları qədər işğalçıya müxtəlif adlar kömək ediblər . Yada salaq : ABŞ 907-ci maddəyə düzəliş edərək Azərbaycana yardımı dayandırdı , əvəzindən Ermənistana və tanınmamış DQR-ə bola-bol yardım etdi , Fransa açıq-aşkar Ermənistana iqtisadi , diplomatik , bir sözlə hər cür və hərtərəfli köməklik edib , Rusiya isə hərbi müttəfiqi Ermənistandakı daimi hərbi bazasından əlavə ona iqtisadi köməyi bir yana , əvvəllər hər cür gizli , sonra isə açıq -aşkar hərbi silah və sursatla təmin edərək , diplomatik dəstək göstərmiş və göstərir . Minsk qrupu BMT-nin qurumu olub münaqişə tərəfləri arasında bitərəf vasitəçilik etmək əvəzinə tərəflərdən birinə , bu halda isə Ermənistana , hər cür dəstək vermiş , Azərbaycana isə hər cür təzyiq göstəmiş , Azərbaycanın haqq işini boğmağa şalışmışdır . Sanki , Minsk qrupunun qarşısında Azərbaycana Qarabağı tədricən unutdurmaq məqsədi qoyulmuşdu . İndi isə Azərbaycanın döyüş zəfərlərinə hər vasitə ilə mane olmağa çalışır , Azərbaycanı didib-parçalamağa hazır vəziyyətdədirlər . Yalnız ,Türkiyənin Azərbaycana qardaş dəstəyi onların Azərbaycana qarşı hərbi yürüşünün qarşısını kəsir . Minsk qrupu daha tarixin zibilliyinə atılmalıdır . BMT-nin özündə də tam struktur və siyasi dəyişiklik edilməlidir . BMT sanki , oranın daimi üzvlərin oyuncağıdır .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*