Mirziyoyev Qaraqalpaqıstan rəhbərini vəzifəsindən AZAD ETDİbackend

Mirziyoyev Qaraqalpaqıstan rəhbərini vəzifəsindən AZAD ETDİ

Mirziyoyev Qaraqalpaqıstan rəhbərini vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat katibi  Şerzod Əsədov deyib.

“Murat Kamalov Qaraqalpaqıstan parlamentinin sədri vəzifəsindən azad edilib.

Cümə günü, avqustun 26-da parlamentin Nukusda keçirilən iclasında Özbəkistan prezidenti qeyd edib ki, Qaraqalpaqıstana ayrılan bütün səylərə və böyük vəsaitlərə baxmayaraq, “əhalinin əhval-ruhiyyəsinə mənfi təsir göstərən problemlər qalmaqdadır.

Təəssüf ki, bəzi rəhbərlər xalqımızın rifahının təmin edilməsinə yönəlmiş vəsaitlərin səmərəsiz xərclənməsi, yaradılan imkanlardan istifadə olunmaması vəziyyətini etiraf edirlər”, — deyə mətbuat katibi bildirib.

Sonra iclasda Jokargı Kenes (Qaraqalpaqstan parlamenti) sədri vəzifəsinə tövsiyə edilən Amanbay Orınbayevin namizədliyinə baxılıb.

Qeyd edək ki, bir müddət əvvəl iclasda Murat Kamalovun xəstəliyi ilə əlaqədar səlahiyyətlərinin dayandırılması və tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciətinə baxılıb.

İyunun sonunda Özbəkistanın tərkibində muxtariyyət olan Qaraqalpaqstanda kütləvi etirazlar başlayıb və bu etirazlar zamanı azı 18 nəfər həlak olub. Səbəb isə regionu müstəqilliyinə səs vermək imkanından məhrum edən Konstitusiyaya dəyişikliklər olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*