Misirdə terror fəaliyyətilə məşğul olmaqda şübhəli bilinərək saxlanılan şəxslərin cinayəti işi üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az-ın xəbərinə görə, Qahirədə keçirilən prosesdə 16 terrorçuya hökm oxunub.
Hökmə əsasən, 13 nəfər azadlıqdan ömürlük məhkum edilib, 3 nəfərə 15 il həbs cəzası verilib.
Bundan başqa, terrorçular 3 milyon Misir funtu məbləğində (təqribən 185 000 ABŞ dolları) cərimə edilib. Eyni zamanda 3 terrorçu həbs müddəti bitdikdən sonra beş il ərzində polis nəzarətində olacaqlar.
report
