“Mitinqdə iştirak edənlərin hər birinə 5 kq düyü verilir”backend

"Mitinqdə iştirak edənlərin hər birinə 5 kq düyü verilir"

“Cənab Minasyan, bizim sizin mesajınıza qoşulmağa nə həvəsimiz, nə də meylimiz var, ümumiyyətlə, qoşulmaq fikrində deyilik”.

KONKRET.az xəbər verir ki, bu barədə deputat Vaaqn Aleksanyan Milli Assambleyada çıxışında deyib.

“Biz sizin tutduğunuz yanaşmanı bölüşmürük. Başa düşürsünüz, 2020-ci ildən deyirsiniz ki, Nikol Paşinyan istefa verməlidir, hökumət getməlidir. Biz isə deyirik ki, o gündəmi bölüşmürük. İndi sən bura gəlmisən, o 400-500 nəfəri gündəlik olaraq Baqramyan küçəsində saxlayırsan, gəlib bura təqdim edirsən ki, guya vacib bir məsələ gətirmisən. Yəni hökumət getsə, hər şey yaxşı olacaq.

Nə olacaq, cənab Minasyan? Sizə bu özünü aldatma kifayət deyilmi?

Mən o mitinqin də mahiyyətini bilirəm. Nümayişçilər nümayişlərdə iştirak etdikləri üçün aldıqları düyü miqdarından şikayət edirdilər, cənab Minasyan. Xüsusilə biri dedi ki, insanlara bir gündə beş kiloqram düyü verilir. Cənab Minasyan, insanların o nümayişlərə getməsinin qiymətini kim razılaşdırırsa, o öhdəlikləri normal yerinə yetirin. Hər halda bu, kişiyə xas, sadə insan yanaşmasıdır. İnsanlara, bir günə söz dediyin qədər düyü ver”, – deyə deputat ironic tərzdə bildirib.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*