Mixail Saakaşvilinin məhkəməsi keçirilirbackend

Mixail Saakaşvilinin məhkəməsi keçirilir

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

KONKRET.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, proses 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır.

Saakaşvili Rustavi həbsxanasından məhkəməyə gətirilib. Onun anası Qiuli Alasaniya da prosesdə iştirak edir.

Eks-Prezidentin tərəfdarları məhkəmənin qarşısına toplaşıblar və Saakaşviliyə dəstək aksiyası keçirməyi planlaşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*