Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEObackend

Moldova çempionatında qorxulu anlar - Futbolçu komaya düşdü - VİDEO

Moldovanın “Zimbru Kişinyov” klubunda çıxış edən niderlandlı futbolçu Donni van İperen “Dinamo-Auto” ilə oyunda ciddi zədə alıb.

KONKRET.az xəbər verir ki, 27 yaşlı futbolçu hazırda həyatda qalmaq uğrunda mübarizə aparır.

O, 11-ci dəqiqədə rəqibin qapıçısı ilə toqquşub və yerə yıxılaraq huşunu itirib. Həkimlər onun həyatını xilas etmək üçün dərhal sahəyə qaçıblar.

“Zimbru”nun oyunçusu xəstəxanaya köçürülüb. Klubdan verilən açıqlamaya görə, o, hazırda komadadır:

“Bu çətin anlarda bütün fikrimiz Donni van İperenlədir. Hollandiyalı futbolçu Kişinyovdakı xəstəxanaya köçürülüb və ona tibbi yardım göstərilir. Donni, möhkəm ol, hamımız sənin üçün dua edirik”./Fanat.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*