“Monitorinq mərkəzinin harada yerləşəcəyinə Bakı özü qərar verəcək”backend

"Monitorinq mərkəzinin harada yerləşəcəyinə Bakı özü qərar verəcək"

“Bakı özü monitorinq mərkəzinin harada yerləşəcəyinə qərar verəcək”.

KONKRET.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

V.Putin bildirib ki, Qarabağdakı Rusiya Federasiyasının sülhməramlı kontingentinin sayı kifayət qədərdir:

“Sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı əsasında mümkündür”.

Xatırladaq ki, Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş nazirinin noyabrın 10-da imzaladıqların üçtərəfli razılaşmanın 5-ci bəndinə əsasən Qarabağda sülhə nəzarət üçün birgə monitorinq mərkəzi fəaliyyət göstərəcək. Monitorinq mərkəzinə Türkiyə və Rusiya daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*