Moskva görüşündən gözləntilər: “Paşinyan bunu etsə, Moskvadan Qərbə qaçmalıdır”backend

Moskva görüşündən gözləntilər: “Paşinyan bunu etsə, Moskvadan Qərbə qaçmalıdır”

“Rusiya, Azərbaycan və Ermənistan liderləri sabah Moskvada bir araya gələcəklər. Kremldən yayılan məlumatda deyilir ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sabahkı Moskva görüşünü şərh edərkən deyib.

“Ermənistan tərəfi tələsik bəyanat yayınlayıb ki, baş nazir Nikol Paşinyan Moskvada ərazi məsələsiylə bağlı heç bir sənədi imzalamayacaq, yalnız kommunikasiya xətlərinin açılması və regional daşımaçılıq mövzuları müzakirə olacaq. Yəni bununla cəmiyyətini sakitləşdirmək istəyir ki, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq. Nikol Paşinyan Moskva görüşündə əsirlərin və meyitlərin dəyişdirilməsini də müzakirə etmək istəyir. Paşinyan bu məsələ həll olunmadan iqtisadi əlaqələrin bərpasının mümkün olmadığını vurğulayır. Elə bil ki, iqtisadi əlaqələrin bərpası Ermənistana deyil Azərbaycana lazımdır. Əsirlərə gəldikdə, 10 noyabrdan sonra Azərbaycan hərbçilərinə atəş açanlar terrorçulardır, onlar dəyişdirilə bilməz, dəyişdirilməsi laızm bilinsə, bunun qarşılığında Dağlıq Qarabağda silahlı separatçı qalmamalıdır”, – deyə politoloq bildirib.

E.Şahinoğlu Moskva görüşündən cəmiyyətimizin gözləntilərindən danışıb:

“Bizim də Moskva görüşündən gözləntilərimiz az deyil: 1. Dağlıq Qarabağdakı erməni separatçıları tam tərksilah olunmalıdırlar; 2. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan qanunları ilə yaşamalı və pasportlarımızı qəbul etməlidirlər; 3. Laçın dəhlizi 10 noyabr bəyanatına görə Rusiya hərbçilərinin nəzarətində olsa da, qanunsuz keçidlərin qarşısının alınması məqsədilə Azərbaycan sərhədçiləri Laçın istiqamətində keşik çəkməlidirlər; 4. Ermənistan Azərbaycana qarşı ərazi iddialaırndan vaz keçib Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır; 5. Zəngilanla Naxçıvan arasında dəhliz fəaliyyətə başlamalıdır”.

Politoloq Paşinyanın bütün tələblərimizi yerinə yetirəcəyini düşünmədiyini qeyd edib:

“Əlbəttə, bir görüşlə Nikol Paşinyanın bu tələblərimizin tamamını yerinə yetirəcəyini düşünmürəm. Bu halda keçmişdə “Qarabağ Ermənistandır” deyən Paşinyan Moskvadan İrəvana deyil, Qərb ölkələrindən birinə qaçıb sığınacaq istəməlidir. Buna baxmayaraq, Paşinyan və ya qeyrisi erməni cəmiyyətini tədricən Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməyə hazırlamalıdır. Əks halda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan bizimlə iqtisadi münasibətləri bərpasını və regional əməkdaşlığa qoşulmasını təsəvvür etmək mümkün deyil”.yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*