Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar “Turkish Airlines” şirkətinin Moskvadan İstanbula uçan təyyarəsini bomba xəbərdarlığı səbəbindən müşayiət edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava polisinin döyüş xidmətində olan Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri martın 22-də Hava Hərəkətinə Nəzarət Orqanından “Turkish Airlines”ə məxsus Moskva-İstanbul reysini həyata keçirən mülki təyyarəyə bomba qoyulması barədə xəbərdarlıq aldıqdan sonra mülki təyyarəni müşayiət etmək tapşırığı alıb və missiya yerinə yetirilib”, – deyə agentliyin “Facebook”dakı paylaşımında deyilir.
