Moskva metrosunda ayaqqabısında partlayıcı olan gənc SAXLANILDIbackend

Moskva metrosunda ayaqqabısında partlayıcı olan gənc SAXLANILDI

Rusiyanın paytaxtı Moskvada “Kutuzovskaya” metro stansiyasında 18 yaşlı gənc saxlanılıb.

KONKRET.az Gazeta.ru-ya istinadən xəbər verir ki, axtarış zamanı gəncin ayaqqabısında partlayıcı aşkarlanıb.

Partlayıcının trinitrotoluol olduğu məlum olub.

O iddia edib ki, idman ayaqqabılarını “Sadovod” bazarından alıb və Moskvaya Sahibkarlıq Akademiyasında oxumağa gəlib.

Gənc qeyd edib ki, “Sadovod” bazarından idman ayaqqabılarını alır və satır. Onun metroda geyindiyi ayaqqabılar da bu bazardan alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*