Moskvada 40-a yaxın iraqlı turist itkin düşdübackend

Moskvada 40-a yaxın iraqlı turist itkin düşdü

40-a yaxın iraqlı turist Moskvada itkin düşüb.

KONKRET.az Rusiya hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, may tətilinə gələn 38 iraqlı turist Moskvada yoxa çıxıb.

“Aralarında uşaqların olduğu İraqdan olan 38 turist aprelin 30-da Moskvaya ekskursiyaya gəliblər. Onlar otelə yerləşiblər, mayın 1-də və 2-də isə onlarla əlaqə kəsilib”, – hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Onun sözlərinə görə, otel nömrələrində turistlərin paltarları olan çamadanlar qalıb.

Mənbə əlavə edib ki, polis iraqlıların yoxa çıxması ilə bağlı araşdırma aparır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*