Moskvada ermənilərin azərbaycanlılara hücumuna diaspordan açıqlamabackend

Moskvada ermənilərin azərbaycanlılara hücumuna diaspordan açıqlama

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki,  bu barədə paytaxtın Qərb inzibati dairəsi üzrə Oçakova-Matveyevskaya rayonunun Azərbaycanlı Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov məlumat verib.

Onun sözlərinə görə, 20 nəfərə yaxın erməni Moskvanın Matveyevskaya küçəsində üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib. Hadisə yerinə polislər gəlib.

Milli Mədəni Muxtariyyətin idman komitəsinin sədri Raqib Bayramovun verdiyi məlumata görə, baş verən hadisə Azərbaycan diasporunun nəzarətindədir. O, hazırda hadisə yerində olduğunu, polislərin məsələ ilə bağlı araşdırma apardığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*