Moskvada həkimlərin evə getməsinə qadağa qoyuldubackend

Moskvada həkimlərin evə getməsinə qadağa qoyuldu

Moskva şəhərində koronavirusla mübarizə aparan tibb işçiləri xəstəxanaların yaxınlığında yerləşən otellərə yerləşdiriləcək, onların qida və digər zəruri xidmətləri dövlət hesabına təmin ediləcək.

KONKRET.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Moskvanın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk məlumat verib.

“Həkimlərimiz koronavirusla mübarizədə ön cərgədədirlər. Məhz onların fədakar xidmətləri nəticəsində səhiyyə sistemində yüklənmələrin qarşını almaq mümkün olur. Moskva şəhərinin otellərində həkimlərimiz üçün bütün lazımi şərait yaradılacaq”, A.Nemeryuk söyləyib

A.Nemeryuk bildirib ki, tibbi personalın evdən kənarda qalması onların doğmalarını koronovirusa yoluxmaq riskindən qorumaq və ətraf mühitlə təmaslarını minimuma endirmək məqsədi daşıyır.

Oxuı.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*