Moskvada miqrant uşaqlar üçün inanılmaz fürsət – İşlə təmin ediləcəklərbackend

Moskvada miqrant uşaqlar üçün inanılmaz fürsət - İşlə təmin ediləcəklər

Moskvada yerləşən, dünyanın ən böyük elmi və texniki muzeylərindən biri olan Politexnik Muzeyində “Müxtəlif ölçülü və rəngli buludlar” cizgi film studiyasına miqrantların uşaqları üçün işə qəbul başlayıb.

KONKRET.az xəbər verir ki, uşaqlar üçün keçirilən dərslər pulsuz olacaq.

Studiyada uşaqlar onlar üçün yeni bir mədəniyyətlə tanış olmaqla bərabər  muzeydə eksponatları öyrənəcəklər, özləri tərəfindən icad edilmiş hekayələr əsasında cizgi filmləri çəkəcəklər.

Valideynlərlə birlikdə şagirdlər teatr tamaşası da qoya bilərlər.

Studiyada miqrasiya təcrübəsi olan valideynlər üçün psixoloqların da iştitrak etdiyi ünsiyyət qrupu da fəaliyyət göstərir. Dərslər fevralın 20-də başlayacaq.

7 ilə 12 yaş arası uşaqlar üçün – cizgi filmi çəkməyi öyrənəcəklər;

13 ilə 18 yaş arası yeniyetmələr üçün – onlara video montaj və xüsusi kompüter proqramlarında işləmək öyrədiləcək;

Uşaqlar və böyüklər üçün teatr studiyası;

Valideynlər üçün ünsiyyət qrupları.

Dərslər Politexnik Muzeyinin “Açıq kolleksiyası”nda M. Tekstilşçiki, Volqoqrad Prospekti, 42, bina 5-də təşkil ediləcək.

Qeyd edək ki, bu layihə Rusiya Miqrantlar Federasiyasının dəstəyi ilə keçirilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*