Moskvada Tacikistan və Qırğızıstan səfirlikləri “minalanıb” –  Polis yoxlama aparırbackend

Moskvada Tacikistan və Qırğızıstan səfirlikləriminalanıb” - Polis yoxlama aparır

Moskvada iki ölkənin səfirlikləri “minalanıb”.

KONKRET.az-ın məlumatına görə, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, naməlum şəxslər Tacikistan və Qırğızıstanın Moskvadakı səfirliklərinin minalanması barədə məlumat veriblər. Partlayıcı qurğularla bağlı siqnal bir gün əvvəl, yanvarın 10-da daxil olub. Polis saxta partlayış təhlükəsi faktını yoxlayır.

Anonim mesajda Tacikistan və Qırğızıstan səfirliklərinin binalarına güclü partlayıcı qurğunun qoyulduğu göstərilirdi. Hücum edənlər həmçinin partlayıcı maddələrin zərərsizləşdirilməsinə cəhd edildiyi zaman partlayışın baş verəcəyini bildiriblər. Eyni zamanda, anonim şəxslər bu iki ölkənin qoşunlarının Qazaxıstan ərazisindən çıxarılması tələbini irəli sürüblər.

“Bir gün əvvəl Tacikistan və Qırğızıstan səfirliklərinin binasına güclü partlayıcı qurğunun qoyulduğu və onu zərərsizləşdirməyə cəhd edilən zaman partlayışın baş verəcəyi barədə anonim məlumat daxil olub. Eyni zamanda naməlum şəxslər bu ölkələrin qoşunlarının Qazaxıstandan çıxarılması tələblərini irəli sürüblər”, – agentliyin mənbəsi bildirib.

Səfirliklərin binalarına itləri olan kinoloqlar və polis çağırılıb. Partlayıcı maddə aşkar edilməyib və bina evakuasiya edilməyib. Metropoliten polisi minalarla bağlı xəbərləri araşdırmağa başlayıb.

Bir neçə gün əvvəl naməlum şəxslər Qazaxıstanda KTMT missiyasının tərkibində qoşunları olan daha iki dövlətin – Ermənistan və Belarusun səfirliklərinin minalanması barədə məlumat vermişdilər. Hücumçular ilin əvvəlindən kütləvi etirazların keçirildiyi Qazaxıstandan qoşunların çıxarılmasını tələb ediblər. Buna baxmayaraq, təhlükə təsdiqini tapmayıb. Mütəxəssislər binalara baxış keçirib və bu qənaətə gəliblər ki, onlarda heç bir partlayıcı qurğu yoxdur. Müvafiq olaraq, diplomatların həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*