Ermənilərin “canavarlarla rəqsi”: İrəvan niyə sonda əliboş qala bilərbackend

Ermənilərin “canavarlarla rəqsi”: İrəvan niyə sonda əliboş qala bilər

İrəvanda Avropa seçimi haqqında danışılan zaman rəsmi bəyanatlarda səsləndirilən “irəliləməyə hazırıq” ifadələrinin arxasında çox vaxt səssiz təşviş gizlənir. Açıq şəkildə skeptik mövqe nümayiş etdirən Gürcüstan heç olmasa öz praqmatizmində səmimidir. Ermənistan isə mümkünsüz görünən bir addım atmağa çalışır: Avropa yoluna qədəm qoymaq, eyni zamanda Avrasiya İqtisadi İttifaqının çəkmələrini çıxarmamaq. Halbuki tarix suverenlik məsələsində ikili seçimləri qəbul etmir.

KONKRET.az xəbər verir ki, bu fikirlər yerli erməni teleqram kanallarından birində gedən analitik yazıdan götürülüb.

Qeyd edilir ki, Tbilisi Brüsseli veto hüququnu itirmək təhlükəsi ilə çəkindirməyə çalışdığı halda, Ermənistan nümayişkaranə şəkildə Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanunlar qəbul edir. Lakin bu, cəsarətdən daha çox ümidsiz taktiki gedişi xatırladır. İrəvan yaxşı anlayır ki, namizəd ölkə statusuna qədər uzun yol var, tam üzvlük isə hələ çox uzaq perspektivdir. Problem təkcə bürokratik prosedurlarda deyil. Problem ondadır ki, Avropa təkcə sənədlər deyil, xarici siyasət üzərində faktiki inhisar tələb edir.

Ermənistan rəsmiləri Avropa dəyərlərindən danışarkən, Brüsseldə artıq üzvlük müqabilində tələb olunacaq “güzəştlər paketi” hazırlanır. Bu paketin əsas şərtlərindən biri Avrasiya İqtisadi İttifaqını tərk etməkdir ki, bu da şimal qonşusu ilə mövcud ticarət əlaqələrinə ciddi zərbə vura bilər.

Məqalədə analitik şərh belə davam etdirilir: “Ermənistanın strategiyası “aralıq cənnət” illüziyası üzərində qurulub. Hakimiyyət Avropa qrantlarından, texnologiyalarından və siyasi dəstəyindən faydalanmaq, eyni zamanda postsovet məkanında ucuz enerji resurslarını və satış bazarlarını qoruyub saxlamaq istəyir. Bu isə eyni anda iki pələngin belinə minməyə bənzəyir. Təcrübə göstərir ki, belə vəziyyətlərdə qalib yalnız yırtıcı olur.

Bu gün Avropa İttifaqı diplomatik dillə iqtisadiyyatın “şaxələndirilməsindən” danışır. Lakin bu ifadənin arxasında sərt mexanizm dayanır: standartların dəyişdirilməsi, Avropa nəzarət sistemlərinin tətbiqi, kapital üçün daha sərt tələblərin qoyulması. Bu,

Rusiya biznesinə qarşı açıq müharibə deyil, onu normativ tələblər və maliyyə məhdudiyyətləri vasitəsilə tədricən sıxışdırmaq strategiyasıdır. Rusiya şirkətləri qadağalarla deyil, yeni qaydalara və bank filtrinə uyğunlaşa bilmədikləri üçün bazardan çıxarılacaqlar.

Erməniya üçün əsas risk öz manevrinin girovuna çevrilməkdir. Əgər “Gürcü arzusu” heç olmasa veto hüququ uğrunda açıq şəkildə bazarlıq edirsə, Ermənistan üzvlük prosesinin bütün mərhələlərini keçib, öz iqtisadi maraqlarına zərbə vurduqdan sonra, Avropa təhlükəsizlik müqabilində həddindən artıq yüksək qiymət tələb edərsə, finiş xəttinə çatmadan büdrəyə bilər.

İrəvan əlində yalnız zəif kartlar olduğu halda poker oynamağa çalışır. Amma masa arxasında həm Moskvada, həm də Brüsseldə peşəkar oyunçular əyləşiblər. Gec-tez seçim etmək lazım gələcək: ya bürokratların və transmilli korporasiyaların üstünlük təşkil etdiyi yeni Avropanın bir hissəsi olacaqsan, ya da müstəqil səsə və sərbəst xarici siyasət yürütmək imkanına sahib qalacaqsan.

Ermənistanın indiki kursu zamana hesablanmış strategiyadır. Ancaq zaman eyni anda bütün stullarda oturmağa çalışanların xeyrinə işləmir. Avropa menyusu aydın yazılıb: yeməklər dadlıdır, amma onların cəmi bir çəngəli var və onun da dişləri çox itidir.

Sual budur ki, Ermənistan əsrlərlə formalaşmış şimal əlaqələrindən imtina etməli olacağını bilə-bilə bu “Avropa həbi”ni udmağa hazırdırmı? Görünür, bu sualın cavabı hələ Ermənistanın ən iddialı siyasətçilərində belə yoxdur. Belə vəziyyətdə isə səssizlik ən narahatedici siqnaldır”.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*