Moskvada texniki səbəbdən təcili eniş edən təyyarənin sərnişinləri Bakıya çatdırılıbbackend

Moskvada texniki səbəbdən təcili eniş edən təyyarənin sərnişinləri Bakıya çatdırılıb

Vnukovo hava limanından “Moskva-Bakı” reysi ilə hərəkət edən “Azərbaycan Hava Yolları”  (AZAL) QSC-nin sərnişin təyyarəsi texniki səbəbdən Moskvanın alternativ hava limanına təcili eniş edib.

Bu barədə KONKRET.az-a AZAL-ın mətbuat xidmətindən deyiblər.

“Sərnişinlərin Bakıya gətirilməsi üçün Moskvaya təyyarə göndərilib. Təyyarə sərnişinləri səhər saatlarında Bakıya çatdırıb”, – deyə QSC-dən bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*