Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Daxili İşlər Nazirliyi ilə birgə Moskva sakinini Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı etdiyinə görə saxlayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə Ukrayna Silahlı Qüvvələrinə maddi yardım göstərən Moskva sakininin qanunsuz fəaliyyətinin qarşısı alınıb”, – məlumatda deyilir.
Qeyd olunub ki, şübhəli şəxs Rusiyanı tərk etmək istəyərkən Moskvada saxlanılıb.
Moskvanın Lefortovo Məhkəməsi onu iki ay müddətinə həbs edib.
İqbal Rzayev,
KONKRET.az
