Moskvadan Soçiyə uçan S7 aviaşirkətinin təyyarəsi Saratovdakı Qaqarin hava limanında məcburi eniş edib.
KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bu gün Qaqarin hava limanında saat 19:08-də S7 Hava Yollarına məxsus Boeing – 737 təyyarəsi Moskva-Soçi marşrutu üzrə eniş edib”, – məlumatda deyilir.
Qeyd olunur ki, aviaşirkətin əməkdaşları sərnişinlərlə işləyir.
