Moskvanın mərkəzində “Pancir-S1” raket zenit kompleksi YERLƏŞDİRİLDİ – VİDEObackend

Moskvanın mərkəzində "Pancir-S1" raket zenit kompleksi YERLƏŞDİRİLDİ - VİDEO

Moskvanın mərkəzində “Pancir-S1” tipli zenit kompleksi yerləşdirilib.

KONKRET.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Moskvanın mərkəzindəki Teterinski zolağındakı binanın damına “Pancir-S1” tipli zenit sistemi yerləşdirilib.

Rusiya mənbələri onun məqsədinin Ukrayna PUA-larının mümkün hücumlarını dayandırmaq olduğunu bildirir.

Bundan əvvəl S-400 sistemlərinin Rusiya paytaxtının bir sıra regionlarında, o cümlədən “Sokolniki” və “Losin Ostrov” ictimai parklarında yerləşdirilməsi barədə məlumat verilmişdi ki, bu da Putinin iqamətgahından cəmi 10 km aralıdır.

Qeyri-rəsmi məlumatlara görə, belə sistemlərdən biri də Frunzenskaya küçəsindəki Rusiya Müdafiə Nazirliyinin binasının damında quraşdırılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*