Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Qazaxıstana səfər edəcək.
KONKRET.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunub ki, səfər çərçivəsində nazir sayca 7-ci Türkiyə-Qazaxıstan Strateji Planlaşdırma Qrupunun iclasında həmsədr olaraq iştirak edəcək.
Bundan əlavə, M. Çavuşoğlu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə də görüşəcək.
