La Liqasında mövsümün ilk El-Klasikosunun vaxtı müəyyənləşib.
“Barselona” və “Real Madrid” arasında VII tur üzrə qarşılaşma 24 oktyabra təyin olunub.
KONKRET.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, 5 turdan sonra “Real Madrid” 10 xalla 1-ci yerdə gedir.
Üstəlik, komandanın ehtiyatda bir matçı var.
“Barselona” isə 3 oyundan 7 xalla 6-cıdır.
