Müğənni Mətanətdə bir neçə şiş aşkarlandı – “Ürəklə ciyərin arasındadır” – VİDEObackend

Müğənni Mətanətdə bir neçə şiş aşkarlandı - "Ürəklə ciyərin arasındadır" - VİDEO

“Ağrılarım çox pis, dözülməz idi. Zobum, bronxlarımda dörd ədəd şiş aşkarlandı. Ən böyük şiş isə ürəklə ciyərimin arasındadır. O şiş əməliyyat zamanı ortaya çıxdı. İndi həkimim özümü qorumağı məsləhət görür”.

KONKRET.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl əməliyyat olunan, daha sonra vəziyyəti ağırlaşaraq iki gün komada olan müğənni Mətanət Əsədova “Günün sədası” səhər şousunda deyib.

Sənətçi hazırda səhhətinin normal olduğunu və yaxın günlərdə artıq işinin başına dönəcəyini bildirib.

“Həkimim qoyduğu tikiş, kəsildiyi yara incitməz. İçimdə o qədər tikiş, yaralar var ki… Yaram sağalacaq. Ürəkdə olan yara isə sağalmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*