backend

Müharibə cinayətləri: Ağdamdan yeni görüntülər - FOTO

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.

KONKRET.az xəbər verir ki, düşmən oktyabrın 7-də gecə saatlarından başlayaraq rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Nəticədə Xındırıstan kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, vətəndaşlara məxsus 1 ev dağılıb, 10 evə, 4 yardımçı tikiliyə, 114 nömrəli köçkün ümumi məktəbinə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyib. Dörd baş iribuynuzlu, 41 baş xırdabuynuzlu heyvan, 2 baş at tələf olub.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*