“Müharibə hələ bitməyib: Iğdıra böyük bir türk ordusu gətirilib, Paşinyan o vaxta qədər istefa verməyəcək” – Erməni politoloqbackend

"Müharibə hələ bitməyib: Iğdıra böyük bir türk ordusu gətirilib, Paşinyan o vaxta qədər istefa verməyəcək" - Erməni politoloq

“Təsdiqlənmiş məlumatlara görə, İğdıra böyük bir türk ordusu gətirilib”.

KONKRET.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Suren Sarkisyan çıxış edib.

S.Sarkisyan bildirib ki, bu gizli razılaşmanın üçüncü mərhələsidir və Nikol Paşinyan bu mərhələ bitənə qədər də hakimiyyətdə qalacaq:

“Əslində Azərbaycanla müharibə hələ bitməyib, İğdırda böyük bir türk ordusu yerləşdirilib. Bu, ilk növbədə, Ermənistana təzyiq göstərir ki, öhdəliklərindən yayınmasın, razılaşmanı sona qədər yerinə yetirsin. Bütün bu razılaşmalar icra olunana qədər Nikol Paşinyanın getməsi Rusiyanın vasitəçi kimi fəaliyyətini çətinləşdirəcək. Məhz bu səbəbdən Nikol hələ də hakimiyyətdə qalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*