“Müharibədən darmadağın çıxan ölkəmiz yenidən hərbi təhdidlər burulğanına düşdü” – Çalabyanbackend

"Müharibədən darmadağın çıxan ölkəmiz yenidən hərbi təhdidlər burulğanına düşdü" - Çalabyan

“Onsuz da müharibədən darmadağın olan ölkəmiz yenidən hərbi təhdidlər burulğanına düşdü”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu erməni siyasətçi Avetik Çalabyan öz Facebook səhifəsində yazıb. O, Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatları müharibədən yarıcan çıxmış ölkəsi üçün təhdid hesab edir.

“Bu gün səhər saatlarında Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Bu, bütün regionumuz üçün, hətta bütün dünya üçün çox böyük mənfi nəticələrə səbəb ola bilər.

Onsuz da müharibədən darmadağın olan ölkəmizi yeni hərbi təhdidlər burulğanı gözləyir. Hər birimiz bu anın ciddiliyini dərk etməliyik. Ölkənin təhlükəsizliyini yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etməliyik”, – deyə o yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*