Müharibələrin artdığı dövrdə pulunuzu hara və necə yatırım etsəniz, qazanclı çıxa bilərsiniz?backend

Müharibələrin artdığı dövrdə pulunuzu hara və necə yatırım etsəniz, qazanclı çıxa bilərsiniz?

Geosiyasi gərginliklərin artması, enerji qiymətlərinin yüksəlməsi və qlobal bazarlarda qeyri-müəyyənliyin dərinləşməsi investorları ciddi seçim qarşısında qoyur. Mövcud şəraitdə kapitalı necə qorumaq olar? Risklərin artdığı bir dönəmdə hansı alətlər daha etibarlı sayılır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dünya iqtisadiyyatı gerilədikdə itkilər qaçılmaz olur:

iqtisadçı-ekspert Xalid Kərimli - ən son xəbərlər və yeniliklər |  Medianews.az

“Dünya iqtisadiyyatı zəifləyəndə bütün sahələrdə itkilər başlayır, ümumi vəziyyət pisləşir. Səhmlər də düşür, istiqrazlar üzrə də risklər artır. Belə vaxtlarda qızılın qiymətinin artıb-azalması da bununla bağlı olur. Qızıl daha etibarlı valyuta kimi qəbul edilir”.

İqtisadçı qeyd edib ki, xüsusilə Yaxın Şərqdə baş verən böhranlar fonunda daha az riskli hesab olunan ölkələrin maliyyə alətləri investorlar üçün daha cəlbedici görünür:

“Yaxın Şərqdə böhranların daha az təsir göstərə biləcəyi, riski aşağı olan ölkələrin maliyyə instrumentləri daha çox maraq kəsb edir. Amma ümumi şəkildə belə burulğanlı dövrlərdə investisiya qərarı vermək çox çətindir.

Məsələn, son günlər dolların qiyməti qalxır. Dolların özü də risksiz valyuta hesab olunur. Ümumilikdə isə qeyri-müəyyənlik dövründə bir çox aktivlərin qiyməti enə bilir”.

Ekspert əlavə edib ki, riskli dövrlərdə qızıl və digər nadir qiymətli metallar üstün hesab olunsa da, bu bazarda da zəmanət yoxdur:

“Qızıl və nadir qiymətli metallar daha üstün hesab edilir. Amma burada da risk var. Qiymətlər artıq qalxıb və heç kim zəmanət verə bilməz ki, sabah müharibənin bitdiyi elan olunmayacaq. Məsələn, İsraillə müharibə 12 gün davam etmişdi, sonra isə bitdi. Onda bazarda əks proses baş verəcək.
Hər şey müharibənin nə qədər davam edəcəyindən necə dərinləşəcəyindən asılıdır. Müharibə dövründə insanların gəlirləri azalır, hətta çörək tapmaqda çətinlik çəkənlər olur”.

Beləliklə, ekspertlərin fikrincə, geosiyasi risklərin yüksək olduğu indiki mərhələdə investisiya qərarları daha ehtiyatlı və şaxələndirilmiş yanaşma tələb edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*