“Müqavilə masanın üzərindədir, imzalayın, qurtarsın getsin” – Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasovla MÜSAHİBƏbackend

“Müqavilə masanın üzərindədir, imzalayın, qurtarsın getsin” - Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasovla MÜSAHİBƏ

Ermənistanın qeyri-konstruktiv siyasi kursu bölgədə sülhü təhdid edir. Nikol Paşinyanın Qərb siyasi dairələrinin diktəsi ilə işləməsi isə Rusiyanın siyasi maraqlarına ziddir. Rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasovun müsahibəsi də bu mövzudadır.

KONKRET.az həmin müsahibəni təqdim edir:

– Stanislav Nikolayeviç, Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni konstitusiyanın qəbulunun zəruriliyi ilə bağlı son bəyanatını necə şərh edərdiniz? Bu təşəbbüsün arxasında nə dayanır?

– Başa düşmürəm, Paşinyan bu yolla nəyə nail olmağa çalışır? Deyəsən, bir məşğuliyyət tapa bilmir. Ermənistanda həllini gözləyyən çoxlu problemlər var.

– Tutaq ki, yeni konstitusiya qəbul olundu. Sizcə, oradan Azərbaycana qarşı ərazi iddialarını əks etdirən preambula çıxarılacaq?

– Fərq etməz.

– Kimin üçün?

– Demək istəyirəm ki, konstitusiyanı dəyişmək olar, amma bu o qədər də vacib deyil.

– Yəni konstitusiyaya dəyişikliklərdən asılı olmayaraq, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını gecikdirməkdə davam edəcək?

– İndi Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra sülh müqaviləsi imzalamağa nə mane olur? Ermənistan tərəfi bunu başa düşməlidir. Əslində, sülh müqaviləsi masanın üzərindədir, imzalayın, qurtarsın getsin. Yalnız bundan sonra sərhədlərin demarkasiyasını müzakirə edin, hansı çayın haradan keçdiyini sonradan müəyyən edərsiniz. Bunlar sülh müqaviləsinin imzalanmasına mane olmamalıdır.  Zəngəzur dəhlizini aç, nə istəyirsən et, amma müharibə vəziyyətini dayandır. Ancaq bunun əvəzinə “silahlara nəzarət müqaviləsi” haqqında cəfəng təklif irəli sürülür. Mənə elə gəlir ki, Paşinyanın ətrafı hələ də heç nə öyrənməyib. Onların siyasi dünyagörüşü çox aşağıdır.

– Qeyd etdiniz ki, Paşinyan Qərbdən aldığı sifarişləri yerinə yetirir. Hələ həmin fikirinizdə qalırsınız?

– Etiraf edim ki, Ermənistanı hələ də Qərb idarə edir. Amma önəmlisi odur ki, ermənilər özlərini yaxşı hiss edir. Amma mən onlar üçün nəyin yaxşı olduğunu ayırf edə bilmirəm. Ermənistan regionun xəritəsindən tamamilə silinə bilər. Ermənilərin “böyük Ermənistan” xəyallarından fərqli olaraq, bu, reallıqdır.

– Ermənistan Rusiyanın qanadı altından çıxmağa cəsarət etmir. Amma KTMT-dən çıxmaqla bağlı bəyanatlarla Moskvanı şantaj etməkdən də çəkinmir. Moskva niyə belə səbir nümayiş etdirir?

– Kim getmək istəyir, gedir. Gedənin yolu həmişə açıq olub. Bütün günü səsləndirdikləri boş şüarlar kimə lazımdır? “Fransızlar bizə kömək edəcək” şüarı ilə uzağa gedə bilməyəcəklər. Əgər fransızlara daha çox etibar edirsinizsə, onların yanına gedin. Kimi qorxudurlar? Əgər ermənilər sağ qalmaq istəsələr, Ermənistanda birinci dövlət dili rus dili olacaq. Əgər siyasi xəritədən silinmək istəyirlərsə, o zaman fransız dilini seçməyə məcburdurlar.

– Erməni mətbuatı bütün günü Azərbaycanın Ermənistana hücumuyla bağlı dezinformasiya yayır. Bu məsələ ilə bağlı sizin fikirləriniz maraqlıdır.

– Bəli, erməni mətbuatı yazır ki, guya Azərbaycan Ermənistana hücuma hazırlaşır. Ermənilərə məsləhət görərdim ki, İlham Əliyevin “Azərbaycan öz tarixi məqsədinə nail oldu” bəyanatına qulaq assınlar. Əliyev həqiqətən də tapşırığı yerinə yetirdiyi üçün sakitdir, amma ermənilərin nə istədiyi bəlli deyil.

– Bəs yenə də sülh müqaviləsi olmalıdırmı?

– Düşünürəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsini sülh müqaviləsinə çevirmək üçün əlindən gələni edəcək. Amma bu sənədin imzalanma vaxtını dəqiq söyləmək hələ də çətindir.

– Rusiya və Ermənistan hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş üzərində işləyir. Bu, Rusiyanın Ermənistana hərbi təchizatının bərpası üçün ilkin şərtlər yaradırmı?

– Ermənilərə silah niyə lazımdır? Onsuz da itiriblər. Hər şeyini itirənə silah niyə verilir? Ermənilər qarpız alverini əla bacarırlar. Biz maşın istehsal edə bilmirik, amma alırıq, ermənilər döyüşə bilmir, ancaq NATO kurslarına gedirlər. Qazananlardan öyrənməliyik, onlar isə əksinə, uduzanların yanına qaçırlar. Ona görə də hələ də itirəcəklər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*