Xalq artisti Murad Dadaşov “Xəzər” TV-yə rəhbər təyin edildikdən sonra bir çox dəyişikliklər edib.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, o, telekanala yeni kadrların cəlb olunmasına başlayıb. Dadaşovun telekanala transfer etdiyi ilk aparıcı isə “Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucovdur.
Elşən “Youtube”da yayımlanan “Fəlidən doğru xəbər” adlı layihəsi ilə sözügedən kanalda efirə çıxacaq. Onun verilişinin vaxtı bəlli olmasa da, artıq anonsları efirdə yayımlanır.


Xəzər TV-da ciddi dəyişiklik lazımdır. Demək olar ki, bir çox verilişlər insanların əsəblərini tarıma çəkir. Xalqı düşündürən, maarifləndirici verilişlər çox olmalıdır. Bütün sahələrə aid olan verilişlər çox olsa yaxşıdır. Aparıcılar seçilməlidir. Xəzər Xəbərin bütün işçiləri demək olar ki, öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Musiqi redaksiyasına ciddi nəzarət edilməlidir, hər yoldan ötəni efirə buraxmaq olmaz. Ümidvarıq ki, Xəzər TV-nin yeni sədri MURAD Dadaşov yeni, ciddi islahat aparmaqla bütün Xəzər tamaşaçılarını sevindirəcək. Uğurlar MURAD Dadaşov. Uğurlar Xəzər TV.