“Ermənistan işğalından 28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı qədim şəhər Şuşadayıq”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop tviterdə yazıb.
“Vətən bağının əsarət altındakı gülü xarıbübül artıq can Azərbaycanın bayrağı altında coşqu ilə açır”, – siyasətçi qeyd edib.
xxx
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop işğaldan azad olunmuş Füzulidən paylaşım edib.
KONKRET.az xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.
“Bölgədəki proseslər barədə səlahiyyətli şəxslər tərəfindən məlumatlandırıldıq”, – parlament sədri bildirib.

