Nabranda avtomobil aşdıbackend

Nabranda avtomobil aşdı

Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib.

2000-ci il təvəllüdlü Tofiq Pərviz oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*