Naira Zöhrabyanın Bakıya gəlməsinə veto qoyulub?backend

Naira Zöhrabyanın Bakıya gəlməsinə veto qoyulub?

“Çiçəklənən Ermənistan” fraksiyasından olan erməni deputat Naira Zöhrabyan əmindir ki, deputatların Bakıya səfəri məsələsi gündəliyə daxil edilsə, Ermənistan Xarici İşlər Nazirliyi “vetoya tüpürəcək”. KONKRET.az xəbər verir ki, Millət vəkili bu gün özünün Facebook səhifəsində Azərbaycan tərəfinin Zöhrabyanın Bakıya gəlməsinə icazə verməyəcəyi barədə yazısını şərh edib.

Փաստորեն, Ալիևը իմ վրա վետո է դրել. շատ զվարճալի է 😂 Նոր կարդացի «Հրապարակ» օրաթերթը, որտեղ գրված էր. …

Gepostet von Naira Zohrabyan am Dienstag, 26. November 2019

“Düşünürəm ki, bu məsələ gündəmə daxil edilərsə, xarici işlər nazirliyi vetoya tüpürməli olacaq. Məncə, məsələ çox əyləncəlidir”, – deyə Zöhrabyan izləyicilərini məlumatlandırıb.

Xatırladaq ki, bundan əvvəl “Hraparak” qəzeti Ermənistan və Azərbaycan jurnalistləri üçün təşkil olunan mətbuat turundan sonra barışıq prosesi çərçivəsində iki ölkənin parlamentlərinin qarşılıqlı səfərləri məsələsinin müzakirə edildiyini yazmışdı. Eyni zamanda, nəşrin yazdığına görə, Azərbaycan yalnız bir deputatın Bakıya gəlməsinə sərt veto qoyub – “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zöhrabyan ölkəni tənqid atəşinə tutduğu üçün belə “hörmət” qazanıb.

Ümumiyyətlə, Naira Zöhrabyan AŞPA-dakı erməni nümayəndə heyətinin üzvü kimi daim iclaslarda söyüş və təhqir səsləndirən biri kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*