Namaz vaxtı axunda şillə vurdu: “İsti havada pəncərəni bağlayır…”backend

Namaz vaxtı axunda şillə vurdu: "İsti havada pəncərəni bağlayır..."

Qax şəhəri, 28 May küçəsində yerləşən Mərkəzi Cümə məscidində axundu vuran şəxsə hökm oxunub.

KONKRET.az xəbər verir ki, 1978-ci il tarixdə Qax rayonunda doğulmuş Nəsimi Zamanov (soyad şərti) saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilib.

Məhkəmədə məlum olub ki, Nəsimi Zamanov Qax şəhəri, Mərkəzi Cümə məscidinin axundu (imam) Xəlilov Xəzər Məhəmmədi oğlunu döyüb. Nəsimi məscidə namaz qılmağa gedib. Mübahisəyə səbəb isə namazdan sonra zikr zamanı axundun məscidin pəncərələrini bağlaması olub. Nəsimi havanın isti olduğunu və ibadətlərini hələ başa vurmadıqlarını bildirirək ona etiraz edib.

Nəsimi məscidin içərisində dava salıb və axunda şillə vurub. Xəzər Xəlilov məhkəmədə Nəsimi ilə barışdığını, ondan şikayətinin olmadığını və həbs edilməsini istəmədiyini bildirib.

Məhkəmənin qərarı ilə Nəsimi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 100 manat cərimə edilib.//Qaynarinfo

  • Ülviyyə
    Avqust 3, 2024 - 21:50

    Səkkiz il əvvəl belə pəncərə bağlaması səbəbindən Təzə Pir məscidində,( səhv etmirəmsə həmin məscid Allahşükür Paşazadənindir) mübahisə oldu. Qadınların qədir gecəsinin qeyd etməsi üçün ibadət edəcəyimiz məscidin zalında baş verdi. Özünü hacı xanım kimi təqdim edən qadın pəncərəni ötürdü. Baxmayayaraq yay vaxtı ola, hava möhkəm isti ola. Belə özündən deyən hündürboy gözəl xanım pəncərəni açdı və dediki o hacı xanıma.;Pəncərəni örtsən özünü ayağımın altında görəcəksən. Bizdə şəxsən mən həmən pəncərəni açan xanıma dualar edimki, bizi istidən xilas etdin. O vaxtdan bir daha məscidə getmirəm. Yeri gəlmişkən. Məscid tikməkdənsə. Kasıb əhali üçün ev tikin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*