“Namizədimiz odur” – Dövlət Bağçalıdan prezident seçkiləri ilə bağlı AÇIQLAMAbackend

Namizədimiz odur” - Dövlət Bağçalıdan prezident seçkiləri ilə bağlı AÇIQLAMA

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd olmayacağı ilə bağlı iddiaya cavab verib.

KONKRET.az xəbər verir ki, MHP lideri bununla bağlı yalan iddiaların ortaya atıldığını bildirib.

“Bizim prezidentliyə namizədimiz bəllidir, o, cənab Rəcəb Tayyib Ərdoğandır. Cənab Prezidentin namizəd olmayacağı ilə bağlı iddiaların heç biri əsaslı deyil”, – Bağçalı bildirib.

MHP lideri əlavə edib:

“2023-cü ilin iyun seçkilərində cənab Ərdoğanın böyük fərqlə seçkiləri udacağına və “Cümhur İttifaqı”nın yenidən qələbə qazanacağına inanıram.

Bu iddianın heç bir hüquqi və ya konstitusion əsası yoxdur. Cənab Ərdoğan prezident idarəetmə sisteminin ilk prezidentidir və onun yenidən namizəd olmasının qarşısında heç bir maneə yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*