Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqbackend

Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaq

Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edib.

KONKRET.az-ın məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, narkoloji xəstə məhkumlar “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardımla təmin ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*