Bakıda təcili yardım sürücüsününü narkotik qəbul etməsi ilə bağlı son hadisə TƏBİB-də yoxlamaların nə dərəcədə ciddi aparıldığını sual altına aıb.
KONKRET.az xəbər verir ki, qurum sürücülərin işə qəbul zamanı hansı mərhələlərdən keçdiyini, alkoqol və narkotik testlərinin aparılıb-aparılmadığına dair mələyə aydınlıq gətirib.
“Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı namizədlərin sağlamlıq vəziyyəti, psixoloji durumu və hüquqi statusu xüsusi diqqətlə qiymətləndirilir.
Sürücülər işə qəbul olunarkən narkoloji dispanserdən və psixoloji mərkəzdən, sağlamlıq haqqında tibbi arayış, habelə məhkumluğun olub-olmaması barədə sənəd təqdim edilməsi tələb olunur”, – TƏBİB-dən bildirlib.
Qurum əlavə olaraq qeyd edib ki, sənədlər namizədin zərərli vərdişlərdən uzaq olduğunu, psixoloji və fiziki cəhətdən peşəyə yararlı olduğunu, həmçinin hər hansı hüquqi məhdudiyyətinin olmadığını təsdiqləyir. “Bu tələblər təcili tibbi yardım xidmətinin məsuliyyətli və həyati əhəmiyyət daşıyan fəaliyyət sahəsi olması ilə əlaqədar olaraq müəyyən edilib”.
Xatırladaq ki, aprelin 16-da Nəsimi rayonunda təcili yardım avtomobilinin sürücüsü Mehman Əliyevin zəruri tibbi çağırış olmadan xüsusi işıq və səs siqnallarından istifadə edərək kobud qayda pozuntularına yol verdiyi aşkarlanıb. Yol polisi sürücünün həmin vaxt heç bir çağırışa getmədiyi, avtomobildə xəstə və ya tibbi personalın olmadığını müəyyən edib.
Tibbi müayinə zamanı Mehman Əliyevin narkotik vasitə qəbul etdiyi və sərxoş vəziyyətdə olduğu üzə çıxıb, barəsində hüquqi tədbirlər görülüb./yenisabah
