Narkotik mafiya arasında SAVAŞ – 19 nəfər öldürüldübackend

Narkotik mafiya arasında SAVAŞ - 19 nəfər öldürüldü

Meksikanın cənubunda narkotik qrupları arasında baş verən qarşıdurmada 19 nəfər ölüb.

KONKRET.az Meksika mətbuatına istinadən xəbər verir ki, Qvatemala ilə sərhəddə yerləşən Çiapas əyalətinin La Konkordiya qəsəbəsində ağır silahları olan iki dəstə arasında qarşıdurma baş verib.

Hadisədə 19 nəfər həyatını itirib. Ölənlərdən 4-nün Qvatemalalı olduğu məlum olub.

Münaqişənin Sinaloa karteli ilə Çiapas karteli arasında baş verdiyi və mübahisənin sərhəd bölgələrindəki narkotik marşrutundan qaynaqlandığı təxmin edilir.

Hadisə yerinə çox sayda polis qrupu sövq edilib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*