Rəsmi statistikaya əsasən, bu il ölkəyə səfər edən turistlərin sayı ötən dövrlə müqayisədə 11% azalıb. Bakıdakı hotellərdə isə azalmanın 30%-dən çox olduğu bildirilir.
Azərbaycan Turizm Agentləri Assosiasiyasının İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, mövcud vəziyyəti təhlükəli tendensiya kimi qiymətləndirmək düzgün deyil. Sitat:
“Turistlərin sayındakı azalmada qorxulu bir məqam yoxdur. Bəziləri bu məsələni həddindən artıq şişirdirlər. Dünyada baş verən müharibələr, iqtisadi böhranlar və digər fors-major hallar turizmin inkişafına təbii şəkildə təsir göstərir”.
Rəsmilər nə istəyir desin, problem yoxdur, sadəcə bizi ağılsız hesab etməsin – bu insana çox pis təsir edir.
Bu ilin ilk 6 ayında Gürcüstanda, Ermənistanda turist sayı artıb, rəsmi şəxsin dediyi məsələlər niyə onlara təsir göstərmir, bizə təsiri ciddidir?! Nədən insanları məntiqsiz, avam sayırsız?!
Natiq Cəfərli
