NATO təcili TOPLANIRbackend

NATO təcili TOPLANIR

NATO -nun baş katibi Yens Stoltenberq Milli Silah Direktorları Konfransının (CNAD) növbədənkənar iclasını çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının saytında məlumat yer alıb. .

Aydınlaşdırılır ki, görüş zamanı Rusiyanın  Ukraynadakı xüsusi əməliyyatının nəticələri , NATO müttəfiqlərinin hərbi potensialı və sursat ehtiyatları, habelə onlarda boşluqların aradan qaldırılması yolları müzakirə olunub.

Stoltenberq iclasdakı çıxışında tərəfdaşları silahları mümkün qədər tez doldurmağa çağırıb.

“NATO-nun arsenalının artırılması bizə Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək”, – deyə o bildirib.

Bundan əvvəl Yens Stoltenberq Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşdən sonra Şimali Atlantika Alyansı ilə Avropa İttifaqı arasında yeni bəyannamənin imzalanmasının zəruriliyini açıqlamışdı .

Reuters həmçinin ABŞ- ın Ukraynaya 12 milyard dollarlıq yardım paketi ilə bağlı ilkin razılığa gəldiyini bildirib .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*