Naxçıvanda pensiyalar indeksasiya ilə ödəndibackend

Naxçıvanda pensiyalar indeksasiya ilə ödəndi

Naxçıvan Muxtar Respublikası (MR) üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

KONKRET.az xəbər verir ki, muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*