Naxçıvanda ümumqoşun birləşmələri ilə komanda-qərargah təlimi keçirilib – VİDEObackend

Naxçıvanda ümumqoşun birləşmələri ilə komanda-qərargah təlimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, komanda-qərargah təliminin birinci mərhələsi praktiki fəaliyyətlərə cəlb olunan bölmələrin müxtəlif vaxtlarda həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılması ilə başlayıb.

Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub.

Təlimdə əsas diqqət düşmənin radioelektron vasitələrinin güclü təsiri altında ümumqoşun, eləcə də tabeliyə verilən və dəstəkləyən bölmələrin qısa müddətdə gizli olaraq müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısını alıb, qəfil fəaliyyətlərinə imkan vermədən preventiv zərbələrlə hücum əzmini qırmağa yönəldilib.

Stasionar və səhra idarəetmə məntəqələrində təlimin rəhbərliyi tərəfindən müxtəlif müdaxilələrlə qərargahların fəaliyyəti qiymətləndirilib və hesabatların aparılma ardıcıllığına, düzgünlüyünə və real şəraiti əks etdirməsinə köməklik göstərilib.

Təlimə cəlb olunan mexanikləşdirilmiş, tank, artilleriya, hava hücumundan müdafiə, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*