Naxçıvanda vergi daxilolmaları 57 faiz artıbbackend

Naxçıvanda vergi daxilolmaları 57 faiz artıb

Fevral ayında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 57 faiz artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xətti ilə 2023-ü ilin yanvar-fevral aylarında büdcəyə 22,4 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 23,9 faiz artıb. Proqnoz 116,7 faiz səviyyəsində icra olunub.

2023-cü ilin fevral ayında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4,5 milyon manat artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*