“Nazarbayev Yanukoviç deyil ki, qaça! Bəs haradadır?” – Şevçenkobackend

"Nazarbayev Yanukoviç deyil ki, qaça! Bəs haradadır?" - Şevçenko

Bir sual qalır: Nursultan Nazarbayev haradadır? Müasir Qazaxıstanın qurucusunun üzünü görmədikcə, səsini eşitmədikcə, şəxsi ismarışlarını oxumadıqca, situasiya daha qəribə və anormal olur.

KONKRET.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Maksim Şevçenko bölüşüb.

“Ölüb? Anlaqsızdır? Tutulub, ya saxlanılır? Nə zaman? Kiminlə? Harada?

Nazarbayev Yanukoviç (Ukraynanın keçmiş prezidenti – red.) deyil. Onun qaçdığına inanmaq olmaz. Nazarbayev haqqında onuncu gündür ki, axmaqcasına və qeyri-müəyyən şəkildə bizə yalan danışırlar. Nə isə etiraf etməyə qorxurlar? Nədə? Sadəcə, hər şeyin öz-özünə düzəlməsini və belə insanın olduğunu unutmağımızı istəyirlər?” – deyə Şevçenko bildirib.

Onun sözlərinə görə, Nazarbayevin ictimaiyyət qarşısına çıxmaması elə bir təəssürat yaradır ki, sanki Qazaxıstan olduqca vacib və xoşagəlməz nəyisə gizlədir:“Yaxud, səfeh və utanverici nələrsə uydururlar. (İşgəncələr altında terrorçu olduğunu deyən qırğız müğənni… İndi isə evinə aparırlar). Nazarbayev haradadır?”/axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*