Nazim Binnətov vəfat etdi – FOTObackend

Nazim Binnətov vəfat etdi - FOTO

Ukraynada Azərbaycan diasporunun fəalı, arxitektor və keçmiş siyasi xadim Nazim Mirzə oğlu Binnətov vəfat edib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, 70 yaşlı azərbaycanlı İvano-Frankovskda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Əslən Azərbaycanın Tovuz rayonundan olan N.Binnətov 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Qərbi Ukraynada fəal siyasi hərəkatda da olub.

O, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin qurucusudur.

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana, Tovuz rayonuna göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*