Nazir bu qurumun yoxlanılması üçün TAPŞIRIQ VERDİbackend

Nazir bu qurumun yoxlanılması üçün TAPŞIRIQ VERDİ

Maliyyə Nazirliyi Vidadi Muradovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb.

KONKRET.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti “Azərxalça” ASC-də yoxlamalar aparır.

Maliyyə naziri Samir Şərifovun əmri ilə, adıçəkilən qurumun Maliyyə-Təsərrüfat fəaliyyəti yoxlanılır.

“Azərxalça” ASC-nın yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin “Azərxalça” ASC-nin əhatə etdiyi bütün müəssisələrdə də bu araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*