Nazir idarə rəisini İŞDƏN ÇIXARDIbackend

Nazir idarə rəisini İŞDƏN ÇIXARDI

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

KONKRET.az-ın oxu.az-a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur. Məlumatı BDYPİ-dən təsdiqləyiblər.

Qeyd edək ki, M.Məmmədyarov 2016-cı ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*