Bakı-Naxçıvan istiqamətində aviabilet üçün ödənilən 60 manat “Azərbaycan Hava Yolları” QSC-nin xərclərini ödəmir.
KONKRET.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, gün ərzində Bakıdan Naxçıvana 10-dan çox uçuşlar həyata keçirilir:
“Vətəndaşlar bilet üçün xərclədikləri 60 manata görə narazılıqlar edirlər. Lakin 60-70 manat AZAL-ın xərclərini ödənmir. Çünki xərclər bundan çoxdur”.
